Minlərlə rusiyalı Dubayda qapalı qalıb və evlərinə uçmağı gözləyir

Bölmə: Dünya › ,
Tarix: 19:17 18.04.2024

Minlərlə rus BƏƏ-də qapalı qalarkən, 18 aprel cümə axşamı günü Dubaydan məmləkətlərinə uçmaq üçün gözləyən yerli turistlərin sayı 3 min nəfərə qədər azalacaq. 

 

Bu barədə Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) çıxış turizmi üzrə sədr müavini, “Space Travel” turoperatorunun rəhbəri Artur Muradyan bildirib. 

Dünənə olan məlumata görə, orada 5 minə yaxın rus var idi, lakin onların sayı artıq azalmaqdadır. Bu günün sonuna kimi 3 min civarında olacağını və getdikcə azalacağını düşünürük. Üstəlik, ekspert vurğulayıb ki, söhbət Rusiyadan gələn həm mütəşəkkil, həm də müstəqil səyahət edənlərdən gedir. Bu gün, sabah və daha sonra reysləri olanlar qrafikə uyğun uçur, turistlərin narahatçılığı yoxdur. Daha əvvəl öyrənilmişdi ki, rusiyalı turistlər ölkəyə rekord miqdarda yağan yağış səbəbindən BƏƏ-yə turlarını ləğv etməyəcəklər. Rusiya Turizm Sənayesi Assosiasiyasının sədr müavini Dmitri Qorinin sözlərinə görə, yalnız məşhur kurortlar üzrə gediş tarixlərində düzəliş var.

 

Mənbə: lenta.ru

Tərcümə etdi: Gülnisə Əfkari