"Avropa Ukraynanı kifayət qədər sursatla təmin etmək vəzifəsini yerinə yetirə bilmir" -Fransalı DEPUTAT

Bölmə: Dünya › ,
Tarix: 19:20 18.04.2024

Raphael Glucksmann bildirib ki, Fransa Ukraynaya ayda cəmi 3000 artilleriya mərmisi göndərib ki, bu, Rusiyanın eyni dövrdə atdığı məbləğin yalnız kiçik bir hissəsidir.

 

Fransalı deputat Raphael Glucksmann Politico-ya bildirib ki, Avropa ölkələri Ukraynanı kifayət qədər sursatla təmin edə bilməyiblər və Kiyev məğlubiyyət riski daşıyır.

 

Qluksmann Ukraynaya hərbi dəstək verilməməsinin günahını prezident Emmanuel Makron da daxil olmaqla Qərbi Avropa liderlərinin üzərinə qoyub və deyib ki, bu liderlər “danışmaqdan həzz alırlar, lakin hərəkətlərində zəiflik nümayiş etdirirlər”.

 

“Atış gücündə elə bir balanssızlıq var ki, biz Ukraynada münaqişənin son nöqtəsindəyik”, - deyə deputat bildirib.

 

Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl bəyan etmişdi ki, Kiyevə hərbi yardımın göstərilməsi yalnız Ukraynadakı münaqişənin həllini çətinləşdirir.

 

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari