"Paşinyan belə bir addımla bütün yaşanacaqları anlayır"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 23:06 18.04.2024

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır.

 

Bu fikirlər özündə nəyi ehtiva edir?

 

Baş Nazirin fikirlərini "informator.az"a şərh edən politoloq Elşad Həsənov bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünən yenidən Tavuş bölgəsinə gedib, yerli əhali ilə görüşdü:

 

"Burada onlara bildirdi ki, biz öz torpaqlarımıza sahib olmalıyıq, Azərbaycan yaxınlığındakı kəndlər boşaldılmalıdır. Belə bir söz heç bir təşviş yaratmamalıdır. Təbii ki, tarixən biz qonşuluqda yaşamışıq, belə bir zamanda bu heç bir təhlükə yaratmayıb. Lakin təəssüf ki, erməni şovinistləri bizim torpaqlarımıza göz dikərək, əhalini ərazilərimizdən köçürdülər, evlərini tar-mar etdilər. Günümüzdə isə artıq onlar çəkinirlər və Paşinyan isə bu ifadələri işlətməklə onları təmkinli, sakit olmağa çalışır. O, bilir ki, bu torpaqlar mütləq qayıtmalıdır və belə bir istiqamətdə də yeni münaqişələrin yaşanmasını istəmir. Çünki bu zaman artıq genişmiqyaslı hal alaraq, Ermənistan üçün ağır olacaq. Paşinyan belə bir addımla hər bir yaşanacaqları anlayır, məhz elə bu baxımdan da həmin ərazilərə gedərək, əhali ilə danışıb bu tip ifadələri işlədib".

 

Aytac Kərimova