Keniyanın Baş Qərargah rəisi Oqolla helikopter qəzasında həlak olub

Bölmə: Dünya › ,
Tarix: 23:45 18.04.2024

Keniyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub. Qəzada həyatını itirənlər arasında Keniya Baş Qərargah rəisi Frensis Omondi Oqallanın da olduğu bildirilib.

 

Keniyada hərbi helikopter qəzasında ölənlərin sayı 10-a yüksələrkən, həyatını itirənlər arasında Keniya Baş Qərargah rəisi Francis Omondi Oqollanın da olduğu açıqlanıb.

 

Keniyanın paytaxtı Nayrobidən təxminən 400 kilometr şimal-qərbdə, Elgeyo Marakvetdə hərbi helikopterin qəzaya uğramasından sonra insan itkiləri artıb. Qəzada Keniya Baş Qərargah rəisi Frensis Omondi Oqolla da daxil olmaqla 10 nəfər ölüb.

 

 

Keniya prezidenti Uilyam Ruto verdiyi açıqlamada Oqollanın Keniyanın şimal-qərbinə təyin olunmuş qoşunları ziyarət etdiyini və vertolyotun havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğradığını bildirib. Qəzadan iki əsgərin sağ qaldığını bildirən Ruto, qəza ilə bağlı istintaq başladıldığını açıqlayıb.

 

Ruto deyib: “Vətənimiz ən cəsur generallarından birini itirdi. General Oqollanın ölümü mənim üçün ağrılı itkidir. “Möhtəşəm dördulduzlu general öz vəzifəsi və vətən qarşısında xidməti zamanı həyatını itirdi.

 

Daha əvvəl Keniya Hərbi Hava Qüvvələrinin komandanı və Baş Qərargah rəisinin müavini vəzifələrində çalışmış Oqolla keçən il Ruto tərəfindən Müdafiə Qərargahının rəisi təyin edilmişdi. Ruto həmçinin Oqollanı 2022-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək üçün sui-qəsdin bir hissəsi olmaqda ittiham edib.

 

Mənbə: HaberGlobal 

Vüqar Alışov