Parçalanmış meşə havanı təmizləmirmi ?

Bölmə: Dünya › ,
Tarix: 23:18 19.04.2024

Ölkədə meşə varlığı artsa da, meşələrin karbon tutma qabiliyyəti azalıb. 1990-2017-ci illər arasında ildə orta hesabla 63,67 milyon ton karbon saxlayan Türkiyə meşələrinin 2021-ci ildə yalnız 34 milyon ton karbon tuta bildiyi müəyyən edilib.

 

Türkiyənin meşə varlığı ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb. Son illərdə meşə sahələrinin artırılması istiqamətində görülən işlər öz bəhrəsini versə də, parçalanmış meşə quruluşu səbəbindən karbon tutumunda azalma olduğu müəyyən edilmişdir. O qədər ki, 1990-2017-ci illər arasında ildə orta hesabla 63,67 milyon ton karbon saxlayan Türkiyənin meşələri 2021-ci ildə yalnız 34 milyon ton karbon saxlaya bildi. Son araşdırmada vurğulanıb ki, bu vəziyyətin ən böyük səbəblərindən biri də enerji qurğuları üçün edilən torpaq ayırmalarının əksəriyyəti son 10 ildə həyata keçirilib. Araşdırmada meşələrin xırda hissələrə bölündüyü və artan ayrılmalar səbəbindən zəiflədiyi və bu vəziyyətin iqlim dəyişikliyi ilə mübarizəyə kölgə saldığı vurğulanıb. 

 

Vüqar Alışov 

Haber Global