Miqrant işçilər Çinin yeni uğur hekayəsində yer tapmayıblar

Bölmə: Dünya › ,
Tarix: 23:06 22.04.2024

Ren Wenbing Çinin istehsal mərkəzi Dongguanda bir vaxtlar məşğul olan fabrikanı,tərk edilmiş binadan ayrılmaq istəmir.

 

54 yaşlı Ren,bir vaxtlar mebel parçaları yığdığı və hamının nahar yeməyə toplaşdığı əraziyə işarə edib,"Bütün işçilər heyrətlənirlər" deyir. Şirkətin sahibi xərcləri azaltmaq üçün istehsalı Cənub-Şərqi Asiyaya keçirdi. Ren 80.000 RNB (11.000 ABŞ dolları) işdən çıxma haqqını hələ də almadığını deyir. Ren yalnız bir mebel fabrikinin itirilməsindən üzülmür. O, Çinin bir vaxtlar görünən dayanılmaz iqtisadiyyatının məhvinə kədərlənir. Bu, milyonlarla insanın iş tapmasını çətinləşdirir. Ren kimi insanlar üçün Çin istehsalı kifayət qədər deyil. Bununla belə, Qərb Çini çox istehsal etməkdə ittiham edir.Bu, ABŞ-ın maliyyə naziri Canet Yellenin son səfəri zamanı verdiyi mesaj olub. Yellen Pekini ehtiyac duyduğundan və ya dünyanın əridə bilməyəcəyindən daha çox istehsal etməklə,"ədalətsiz iqtisadi təcrübə"də günahlandırdı. Bu ifadə indi Almaniyaya axan elektrik avtomobilləri və Avropanın bərpa olunan enerji siyasətinin mərkəzində dayanan günəş panelləri haqqındadır. Bu vəziyyət Qərbi də narahat edir. ABŞ ilə artan gərginlik, sərt Covid qapanmaları və qlobal iqtisadiyyatın yavaşlaması bir vaxtlar Çin sahillərinə axın edən bəzi istehsalçıların başqa yerə getməsinə səbəb oldu. Ölkəyə xarici investisiyalar son 30 ildə ən aşağı səviyyədədir. Lakin sənayenin dayandığı sütunlar olan mebel, tekstil və elektrik məmulatlarının istehsalı artıq çətin günlər yaşayır. Pekin "yeni istehsal qüvvələrinə" diqqət yetirdi: Günəş panelləri, litium batareyaları və elektrik avtomobilləri.

Şirkətinin enerji yığan batareyalarını nümayiş etdirən satıcı Yan MU dedi: “Biz Böyük Britaniya, Belçika və Almaniyaya, əsasən də Avropa ölkələrinə ixrac edirik. Həmçinin Afrika, Cənubi Amerika, Şimali Amerika və Cənub-Şərqi Asiyaya da"deyir.

 

Mənbə: BBCNews

Aytac Kərimova