Ağ Ev Ukraynadakı münaqişənin Kiyevin xeyrinə olmadığını etiraf edib

Bölmə: Dünya › ,
Tarix: 22:49 23.04.2024

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Rusiya ilə Ukrayna arasında hərbi münaqişə Kiyevin xeyrinə inkişaf etmir. 

 

“Bu, Donbassdakı ukraynalıların xeyrinə inkişaf etmir. ABŞ prezidenti Co Baydenin müşaviri jurnalistlərin müvafiq sualını cavablandırarkən, "Əlbəttə, ölkənin digər bölgələrində də"-,dedi.

 

Bundan əvvəl Ayovadan olan ABŞ senatoru Conni Ernst demişdi ki, Birləşmiş Ştatlar hərbi yardım göstərməkdə gecikdiyi üçün Ukrayna Rusiya ilə hərbi münaqişədə artıq məğlubiyyətə uğrayıb.

 

Mənbə: lenta.ru 

Tərcümə etdi: Gülnisə Əfkari