Ərdoğan İsraillə ticarəti dayandırdığını açıqlayıb
Bölmə: Dünya › ,Tarix: 20:49 24.04.2024
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağındakı münaqişə səbəbindən İsraillə aktiv ticarətin dayandırıldığını açıqlayıb.
"İnformator.az" xəbər verir ki, Türkiyə lideri bu barədə almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşündən sonra danışıb.
Biz artıq İsraillə intensiv ticarət əlaqələri saxlamırıq, bu bitdi. Bunu mənim xarici işlər nazirim [ Hakan Fidan ] bu yaxınlarda bəyan etdi”, - Türkiyə lideri bildirib.
Ərdoğan həmçinin vurğulayıb ki, Qəzza zolağında baş verən humanitar fəlakət və mülki vətəndaşların itkiləri fonunda Ankara Təl-Əvivlə ticarət edə bilməz. O əlavə edib ki, İsrailin siyasəti Yaxın Şərq regionunda tarazlığın pozulmasına gətirib çıxarır.
Bundan əvvəl Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu “dövrün Hitleri” adlandırmışdı . O, həmçinin İsrailin baş nazirini mühakimə etməyə çağırıb.
Aynur Babayeva