4 yaşlı Sultanı əmisi oğlu boğazını kəsərək öldürülüb
Bölmə: Hadisə › ,Tarix: 23:11 24.04.2024
Kahramanmaraşda 4 yaşlı Sultan Akgülü əmisi oğlu 14 yaşlı A.A. boğazını kəsərək öldürülüb. A.A. bu vəhşiliyi Sultanın ona daş atdığı üçün etdiyini bildirib. Hadisə ötən gün Elmalar rayonu ərazisində baş verib.
İtmiş qızı Sultan Akgüllə əlaqə saxlaya bilməyən ailəsi jandarmaya xəbər verib. Xəbər üzərinə jandarma qrupları Sultan üçün axtarış başladıb. İstintaqın sonunda Akgülün cansız bədəni evlərinin yanındakı ot tayasında boğazı kəsilmiş halda tapılıb.
Qruplar apardıqları araşdırmada Sultan Akgülün əmisi oğlu A.A.-nın ayaqqabılarında qan ləkələri aşkar edib. Nəzarətə alınan A.A. törətdiyi cinayəti etiraf edib və hadisədə istifadə etdiyi bıçaq da götürülüb. Dindirilməsi zamanı əmisi oğlunu ona daş atdığı üçün öldürdüyünü iddia etdiyi öyrənilən A.A. jandarmadakı əməliyyatlardan sonra sövq edildiyi ədliyyədə həbs edilərək həbsxanaya salınıb.
Mənbə: haberler
Tərcümə etdi: Gülnisə Əfkari
İsraildə hərbi sənədlərin sızması ilə bağlı qalmaqal var: məhkəmə Netanyahunun köməkçisini ittiham etdi
“COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihə çərçivəsində Şirvan Milli Parkına infotur təşkil olundu