BDU-da XİN mətbuat xidmətinin rəhbəri ilə görüş keçirilib

Bölmə: Sosial › ,
Tarix: 15:41 25.04.2024

Bu gün BDU-nun (Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində Azərbaycan Respublikasının XİN (Xarici İşlər Nazirliyi) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə ilə görüş keçirilib.

 

Görüş zamanı Ayxan Hacızadə Azərbaycan Respublikanın xarici siyasətindən, XİN-nin jurnalistlərlə əməkdaşlıqlarnın necə təşkil olunması barəsində danışıb. Həmçinin Ayxan Hacızadə xarici media nümayəndələrinin akkreditasiyadan keçilməsinə, onların ölkəmiz barədə mövqeyini yaxından izlənməsinə, ölkə gəlməmişdən öncə və sonra jurnalistin mövqeyinin necə dəyişdiyinə və ya dəyişmədiyinə nəzarət edir. Əlavə olaraq qeyd edilib ki, XİN daima gənc jurnalistlərə dəstəkdir, onların XİN-də müəyyən işlərlə təmin edilməsində fəaldır. Gənclərin öz yeni düşüncələri ilə XİN-nin fəaliyyətinə töhfə verə biləcəyini qeyd edib.

 

Sonda Ayxan Hacızadə bir daha gənclərə informasiyanın qaynağını daha dərin araşdırmaq lazım olduğunu tövsiyə edib. Bəzən jurnalistlərin qərəzli yazısı ölkə daxilində müəyyən problemlərə səbəb olduğunu qeyd edib. Sonda Ayxan Hacızadə tələbələrin ona ünvanladığı sualları cavablayıb. Ayxan bəy dəvətə görə fakültənin dekanlığına öz təşəkkürünü bildirib. 

 

Görüşdə BDU jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və universitetin digər muəlimləri Dekan müavini Samir (Mirzəyev) Xalidoğlu, Kənan Novruzov,  Aygün Qurbanlı iştirak edib.

 

Vüqar Alışov