Ən çox içki içən uşaqların olduğu ölkənin adı açıqlanıb

Bölmə: Dünya › ,
Tarix: 20:45 25.04.2024

Böyük Britaniyadan olan uşaqların dünyanın ən çox içki içən uşaqlar olduğu açıqlanıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmasının nəticələri sübut edir.

 

ÜST-ün hesabatına görə, İngiltərədə 11 yaşlı hər üç uşaqdan biri və 13 yaşlı uşaqların yarısı spirtli içki qəbul edib. Bu, tədqiqatın aparıldığı 44 ölkə arasında uşaqlıqda spirtli içki qəbulunun ən yüksək göstəricisidir.

 

Qeyd olunur ki, varlı ailələrdən olan britaniyalı uşaqlar daha çox spirtli içki qəbul edirlər. Mütəxəssislərin fikrincə, bu, onların tez-tez şərab içən və övladlarına uyğun nümunə göstərən valideynlərinə oxşamaq istəyi ilə bağlıdır.

 

ÜST-ün araşdırması yeniyetmələr arasında siqaret çəkmə probleminə də baxıb. Müəyyən edilib ki, Böyük Britaniyada uşaqlar digər ölkələrdə, o cümlədən Fransa , Almaniya , İspaniya və Kanadadakı yaşıdlarından daha çox siqaret çəkirlər. Tədqiqatın nəticələri göstərdiyi kimi, alkoqol istehlakı və siqaret çəkmə əsasən qızlar arasında müşahidə olunub.

 

Bundan əvvəl Braziliyanın hər gün ən çox duş qəbul etdiyi bildirilirdi. Orta hesabla, braziliyalılar gündə ən azı iki dəfə duş qəbul edirlər.

 

Aynur Babayeva