Bu ölkədə sel fəlakəti 100-dən çox ölümə səbəb oldu

Bölmə: Dünya › ,
Tarix: 22:01 25.04.2024

Tanzaniyada leysan yağışların səbəb olduğu daşqınlarda 155 nəfərin öldüyü bildirilib.

 

Tanzaniyanın baş naziri Kassim Macaliva parlamentdə ölkədə davam edən yağışlarla bağlı danışıb. 

 

155 ÖLÜ, 236 YARALI

 

Majaliwa leysan yağışların səbəb olduğu daşqınlarda 155 nəfərin öldüyü, 236 nəfərin isə yaralandığı məlumatını paylaşıb. 

 

200 MİN İNSAN TƏSİRLƏR

 

Yağışların Tanzaniyanın 26 bölgəsində 200 min insanın təsirləndiyini bildirən Majaliva, 10 min evin zərər gördüyünü qeyd edib. 

 

Daşqınlar nəticəsində ölkədə bəzi məktəblər, yollar, körpülər və səhiyyə ocaqlarına ziyan dəyib, bir çox kənd təsərrüfatı heyvanları tələf olub. 

 

Tanzaniya Meteorologiya İdarəsinin məlumatına görə, güclü yağışların gələn aya qədər davam edəcəyi gözlənilir.

 

Mənbə: Sözcü

Zeynəb Mustafazadə