Putin Çinə səfər edəcəyini açıqlayıb

Bölmə: Dünya › ,
Tarix: 22:53 25.04.2024

Rusiya prezidenti Vladimir Putin may ayında Çinə səfər edəcəyini açıqlayıb . Bu barədə TASS məlumat yayıb.

 

Rusiya lideri səfərin tarixini dəqiqləşdirməyib. Qeyd olunur ki, Çinə səfər prezidentin yeni dövründə ilk xarici səfəri ola bilər.

 

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Çin sədri Si Cinpin onun Pekinə səfərini Rusiya Federasiyası Prezidentinin qarşıdan gələn dövlət səfərinə hərtərəfli hazırlığın mühüm mərhələsi kimi alqışlayır.