Konqres Ukraynaya pul ayırmağın mənası ilə maraqlanıb
Bölmə: Dünya › ,Tarix: 23:27 25.04.2024
Konqresin Ukraynaya ayırdığı 61 milyard dollarlıq yardım uzun sürməyəcək. Bu fikri X hesabında respublikaçı deputat Marjorie Taylor-Green bildirib:
“Onlar Ukrayna üçün daha çox pul istəyəcəklər və artıq bu barədə danışırlar”. Teylor-Qrin bildirib ki, Vaşinqton Ukraynada Rusiya ilə proksi müharibəsi ilə məşğuldur.
O, vergi ödəyicilərinin zəhmətlə qazandığı dollarları Ukraynaya göndərməkdə məqsədin nə olduğunu da sual altına alıb.
Mənbə: lenta.ru
Tərcümə etdi: Gülnisə Əfkari