Bayden Trampla debatlarda iştirak etməyə hazır olduğunu açıqlayıb

Bölmə: Dünya › ,
Tarix: 21:01 26.04.2024

ABŞ prezidenti Co Bayden namizəd Donald Trampla debatda iştirak etməyə hazırdır. Bu barədə o , Sirius XM radiosuna müsahibəsində bildirib.

 

“Bilmirəm nə vaxt... Onunla debat etməkdən xoşbəxt olaram” deyə Amerika prezidenti təsdiqləyib.

 

Qeyd olunur ki, Tramp dəfələrlə Baydeni debatda onunla görüşməyə çağırıb. Ağ Evin keçmiş sahibi qeyd edib ki, şifahi qarşıdurma zamanı o, hazırkı prezidentdə koqnitiv pozğunluğun olduğunu nümayiş etdirə biləcək.

 

Bayden daha əvvəl Respublikaçıların ehtimal olunan namizədi ilə debat keçirmək üçün şərt qoydu. Onun buna razı olub-olmaması Trampın davranışından asılı olacaq, deyə o bildirib.

 

Mənbə: lenta.ru

Aynur Babayeva