Azərbaycan Prezidenti və Almaniyanın Kansleri birgə mətbuat konfransı keçiriblər

Bölmə: Siyasət › ,
Tarix: 22:30 26.04.2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da birgə mətbuat konfransı keçiriblər.

 

Konfransı şərh edən politoloq Oqtay Qasımov "informator.az"a açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin Almaniyaya işgüzar səfəri orda keçirilən iqlim məsələlərinə həsr olunan iştirakdır:

 

"Təbii ki, orada Almaniya rəhbərliyi ilə görüşlər olacaq. Belə ki, Almaniya ilə Azərbaycan arasında son bir ildə əlaqələr daha sürətli inkişaf etməkdədir. Azərbaycan Prezidenti son bir ildə iki dəfə Almaniyaya səfər edib. Görüşlərdə həm iki tərəfli münasibətlər, həm də Azərbaycan-Ermənistan arasında vasitəçi qismində çıxış etmək istəyən, eyni zamanda xarici işlər nazirləri səviyyəsində görüşləri təşkilatçısı kimi çıxış edən Almaniya ilə Qafqazdakı sülh prosesi müzakirə mövzularından olacaq".

 

Politoloq əlavə edib ki, Almaniya Avropa İttifaqnın 2 aparıcı dövlətindən biri olmaqla hazırda Rusiya-Ukrayna savaşından dolayı enerji təminatında müəyyən problemlər yaşayan Avropa Azərbaycandan enerji təchizatı ilə bağlı məsələlər gündəmdədir:

 

"Digər məsələ son dövrlər Avropa Parlamentində anti-Azərbaycan ovqatı ilə bağlı çıxarılan qərarlar təbii ki, müzakirə mövzusu olacaq. Bu işgüzar səfər bütün hallarda faydalı səfərdir. Həm Azərbaycan Almaniya münasibətləri baxımından, həm də Azərbaycan Avropa İttifaqı münasibətləri baxımından faydalı hesab edirəm".

 

Vüqar Alışov