Borrell Aİ ölkələrinə Fələstini tanımağa icazə verib

Bölmə: Dünya › ,
Tarix: 19:30 29.04.2024

Bir sıra Avropa İttifaqı (Aİ) ölkəsi Fələstini may ayının sonuna kimi tanıya bilər. Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

 

Siyasətçi Dünya İqtisadi Forumunun (WEF) Ər-Riyadda keçirilən xüsusi iclası ərəfəsində deyib: “Aİ-yə üzv olan bir neçə dövlətin may ayının sonuna kimi Fələstin dövlətçiliyini tanıması gözlənilir”.

 

Bundan əvvəl İspaniyanın baş naziri Pedro Sançes Fələstinin suveren dövlət kimi tanınmasının Aİ ölkələri üçün geosiyasi maraq doğurduğunu bildirib. Madrid artıq İrlandiya, Sloveniya və Maltanın da qoşulduğu Fələstini Avropanın tanıması təşəbbüsünə rəhbərlik edir.

 

Hazırda icma ölkələri arasında Fələstini Bolqarıstan, Macarıstan, Kipr, Malta, Polşa, Rumıniya, Slovakiya, Çexiya və İsveç tanıyır.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva