Həyat yoldaşını öldürüb damdan intihar etdi

Bölmə: Hadisə › ,
Tarix: 21:34 29.04.2024

Manisada psixoloji pozğunluğu olduğu iddia edilən şəxs 2 uşağının anası olan həyat yoldaşını tüfənglə güllələyərək öldürüb, daha sonra isə yaşayış binasının damına çıxaraq eyni tüfənglə intihar edib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

Manisanın Alaşehir rayonunda baş verən hadisədə 24 yaşlı kişi naməlum səbəbdən həyat yoldaşını tüfənglə öldürüb, daha sonra binanın damına çıxaraq eyni tüfənglə intihar edib.

 

Saat 01:30 radələrində Alaşehir Yeni Mahallesi Bozdağ Sokak 48-də hurda alveri ilə dolanışığını təmin edən Həmzə Dəmirkıran (24) biri 18 aylıq, digəri 4 yaşlı iki uşağının anası Buse Demirkıranı güllələyib. Həmin şəxs daha sonra yaşadıqları ikimərtəbəli yaşayış binasının damına çıxaraq eyni tüfənglə intihar edib. Silah səslərini eşidən ətrafdakı vətəndaşlar vəziyyəti 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər. Xəbər üzərinə gələn sağlamlıq qrupları tərəfindən cütlüyün həyatını itirdiyi təyin olundu. Polis qrupları hadisə yerində təhlükəsizlik tədbirləri görərkən, cəsədlər prokurorun araşdırmasından sonra Alaşehir Dövlət Xəstəxanasının meyitxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

 

Mənbə: Haberler

Zeynəb Mustafazadə