Ukrayna: Rusiyanın Zelenskiyə qarşı sui-qəsd planının qarşısını aldıq

Bölmə: Dünya › ,
Tarix: 21:27 07.05.2024

Ukrayna kəşfiyyatı (SBU) Rusiya prezidenti Vladimir Zelenski də daxil olmaqla, yüksək rütbəli Ukrayna rəsmilərinə qarşı sui-qəsdin qarşısını aldıqlarını açıqlayıb.

 

Mühafizə bölməsindən iki polkovnik Rusiya kəşfiyyatı FSB-yə məxfi məlumat verdikləri üçün saxlanıldığı bildirilib.

 

Bildirilib ki, sui-qəsd planında Zelenskini girov götürəcək, sonra isə onu öldürəcək zabitlərdən istifadə etməyi nəzərdə tuturdu.

 

Hədəflər arasında raket hücumu ilə öldürülməsi planlaşdırılan hərbi kəşfiyyat rəhbəri Kirilo Budanov və SBU sədri Vasil Malyukun olduğu açıqlanıb.

 

SBU-nun məlumatına görə, qrup Budanovun olduğu yer haqqında məlumat almaq üçün “köstəbək”dən istifadə etməyi, sonra isə raket və PUA-larla ona hücum etməyi planlaşdırırdı. SBU bildirib ki, saxlanılan şəxslərdən biri pilotsuz uçuş aparatları və piyada əleyhinə minalar alıb.

 

SBU prezidenti Vasil Malyuk bildirib ki, sui-qəsdlərin vaxtı bu gün yeni səlahiyyət müddətinə başlayan Rusiya lideri Vladimir Putinə hədiyyə olaraq təşkil edilib.

 

Malyuk əməliyyatın Rusiya xüsusi xidmət orqanlarının “uğursuzluğuna” çevrildiyini desə də, “Ancaq unutmaq olmaz, düşmən güclü və təcrübəlidir, onu qiymətləndirməmək olmaz” deyib.

 

SBU sui-qəsdin təşkilində FSB-nin üç əməkdaşının iştirak etdiyini bildirib.

 

Bildirilib ki, Dimitro Perlin adlı FSB agenti 2022-ci ilin fevralında Rusiya işğalından sonra ukraynalı “köstəbəkləri” tapmağa çalışıb.

 

FSB-nin digər əməkdaşı Aleksiy Kornevin bu gün saxlanılan polkovniklərdən biri ilə işğaldan əvvəl qonşu Avropa ölkələrində sui-qəsd görüşləri keçirdiyi iddia edilib.

 

 

Aynur Babayeva