Ukraynadan yük daşıyan gəmi quruya çırpılıb

Bölmə: Dünya › ,
Tarix: 22:56 07.05.2024

Sahil Təhlükəsizliyi Baş Müdirliyi Türkiyənin xilasetmə qruplarının bu səhər Boğazda mühərrikində nasazlıq səbəbindən quruya oturan "Alexis" yük daşıyıcısını səthə çıxardığını bildirib.

 

Ukraynadan Misirə gedən 229 metrlik Liberiya bayrağı ilə yük gəmisi İstanbul Haydarpaşa limanı yaxınlığında quruya çırpılıb. Hadisə ilə əlaqədar Boğazda gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.

 

"Mühərrikin nasazlığı səbəbindən quruya oturan və Haydarpaşa limanı yaxınlığında dalğaqırana çəkilən "Alexis" gəmisi xilas edilib", - deyə rəsmi bildirib. “Nənə Hatun” təcili yardım gəmisi yük daşıyıcısının sualtı təftişindən sonra xilasetmə işlərinə başlayıb.

Baş İdarə Boğazda ikitərəfli gəmi hərəkətinin bərpa olunduğunu bildirib.

 

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari