İsrail ABŞ-ı İsrail ordusuna silah tədarükünü dayandırmasının nəticələri barədə xəbərdarlıq edib

Bölmə: Dünya › ,
Tarix: 22:04 08.05.2024

ABŞ prezidenti Co Bayden administrasiyasının İsrail Müdafiə Qüvvələrinə (IDF) silah tədarükünü dayandırmaq qərarı Fələstinin radikal HƏMAS hərəkatı ilə girovların azad edilməsinə dair danışıqları poza bilər. “Axios” adı açıqlanmayan mənbələrə istinadən xəbər verir ki, İsrailin yüksək rütbəli rəsmiləri Vaşinqtona fasilənin nəticələri barədə xəbərdarlıq ediblər.

 

Mənbələrin bildirdiyinə görə, İsrail təkcə tədarükün dayandırılmasından deyil, həm də informasiyanın mediaya sızdırılması qərarından da uzaqlaşdırılıb. İsrail rəsmiləri həmçinin amerikalı həmkarlarına bu addımın vaxtı ilə bağlı son dərəcə narahat olduqlarını bildiriblər ki, bu da girovların azad edilməsi və müvəqqəti atəşkəs haqqında razılaşmanın əldə edilməsi səylərini təhlükə altına salacaq.

 

“İsrail rəsmiləri Bayden administrasiyasına İsrailə deyil, HƏMAS-a təzyiq göstərməli olduğunu söylədilər və Birləşmiş Ştatların HƏMAS-ı məğlub etmək üçün apardığı mübarizədə İsraili dəstəkləməyə davam edəcəyini gözlədiklərini bir daha təkrarladılar”, - hekayədə deyilir.

 

Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin Vaşinqtonun İsrailə ağır döyüş sursatlarının tədarükünü dayandırdığını təsdiqləyib. Qeyd olunur ki, Bayden administrasiyası bunu İDF-nin Rəfahdakı hücumuna görə edib.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva