Ərdoğan İsraili ittiham etdi

Bölmə: Dünya › ,
Tarix: 22:07 08.05.2024

Ərdoğan: İsrail bilərəkdən Yaxın Şərqdə münaqişəni şiddətləndirir

 

İsrail Fələstinin HƏMAS hərəkatının atəşkəs razılaşmasına baxmayaraq, Fələstinə hücumlarını davam etdirməklə Yaxın Şərqdə münaqişəni qəsdən şiddətləndirir.  

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

“Türkiyə lideri hesab edir ki, İsrail qəsdən müharibəni bütün regiona yaymağa çalışır. Təl-Əvivin Fələstinə hücumları HƏMAS-ın atəşkəsə razı olmasına baxmayaraq dayanmır”, - deyə agentlik prezident ofisinin şərhindən sitat gətirib.

 

Bəyanatda Türk Dövlətləri Təşkilatından da bəhs edilib. Ərdoğanın sözlərinə görə, Qəzzanın mülki əhalisinə humanitar yardımın çatdırılmasında daha fəal əməkdaşlıq etməlidir.

 

Mayın 6-da Ərdoğan “hər vasitə ilə” İsrailə təzyiqləri artıracağına söz verib. Onun sözlərinə görə, Ankara Təl-Əviv administrasiyasının qanun qarşısında cavab verməsi üçün hər şeyi etməyə davam edəcək. Türkiyə lideri həmçinin xatırladıb ki, ölkə ötən həftə bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatlarını dayandırıb.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva