Rusiyalı diplomat beynəlxalq təşkilatları Ukraynaya təsir göstərməyə çağırıb

Bölmə: Dünya › ,
Tarix: 22:11 08.05.2024

"Beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və BMT dinc əhaliyə qarşı cinayətlərin qarşısını almaq üçün Ukraynaya təsir göstərməlidir". 

Bu sözləri Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin üzvü Yuliya Jdanova deyib.

 

“Bu cür hərəkətlər beynəlxalq ictimaiyyətin dərhal reaksiyasını və günahkarların məsuliyyətə cəlb edilməsini tələb edir”, - diplomat vurğulayıb.

 

Jdanova “ATƏT, BMT və BQXK-nı, eləcə də digər müvafiq beynəlxalq strukturları rəsmi Kiyevə təsir göstərməyə və Ukrayna silahlı qruplarının mülki əhali üçün törətdiyi hərbi cinayətlərin ağır humanitar nəticələrinin qarşısını almaq üçün təsirli tədbirlər görməyə” çağırıb.

 

Bundan əvvəl BMT Baş Assambleyasının Prezidentlər Şurası Rusiya və Ukraynanı 2022-ci il İstanbul sazişi əsasında sülh prosesinə başlamağa çağırıb.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva