Rəfahın əsas doğum evi İsrail əməliyyatı səbəbindən xəstələri qəbul etməyi dayandırıb

Bölmə: Dünya › ,
Tarix: 22:24 08.05.2024

Reuters agentliyinin Birləşmiş Millətlər Təşkilatının Əhali Fonduna (UNFPA) istinadən verdiyi məlumata görə, Qəzza zolağının cənubundakı Rəfah şəhərinin əsas doğum xəstəxanası olan Əmirlik Doğum Xəstəxanası İsrailin hərbi əməliyyatı səbəbindən xəstələri qəbul etməyi dayandırıb.

 

Xəbər agentliyinin verdiyi məlumata görə, xəstəxana Rəfahın kənarında döyüşlər qızışmadan əvvəl Qəzzada cəmi 180 gündəlik doğuşdan 85-i müalicə edirdi.

 

Çərşənbə axşamı İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, İsrail ordusu Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah sərhəd-keçid məntəqəsinin Fələstin tərəfinə nəzarəti ələ keçirib. O əlavə edib ki, İDF Şərqi Rəfahda məqsədyönlü əks-terror əməliyyatına başlayıb və bu bölgədə HƏMAS-ın hərbi obyektlərinə hücumlar və 20 silahlı radikalın məhv edilməsi barədə məlumat verib.

 

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari