Aİİ liderləri Kremldə yubiley sammitinə toplaşırlar
Bölmə: Dünya › ,Tarix: 22:26 08.05.2024
Avrasiya İqtisadi İttifaqının (Aİİ) liderləri birliyin 10 illik yubileyinə təsadüf etmək üçün Kremldə yubiley sammitinə toplaşırlar. O cümlədən, Belarus prezidenti Aleksandr Lukaşenko artıq gəlib.
Avrasiya İqtisadi İttifaqına Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir. Dövlət başçıları əvvəlcə Aİİ-nin nəticələrini və gələcək perspektivlərini müzakirə edəcəklər, daha sonra görüş nümayəndə heyətinin üzvlərinin iştirakı ilə genişləndiriləcək. Genişlənmiş sammitdə müşahidəçi dövlətlərin, yəni Özbəkistan və Kubanın liderləri də iştirak edəcək.
Mənbə:TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari