ABŞ-Filippin təlimləri zamanı keçmiş Çin gəmisi məhv edilib

Bölmə: Dünya › ,
Tarix: 23:03 08.05.2024

Thai PBS-nin Filippin rəsmi mənbələrinə istinadən verdiyi məlumata görə, mübahisəli Cənubi Çin dənizində keçirilən Balikatan hərbi təlimi zamanı ABŞ və Filippin hərbçiləri Çində istehsal olunmuş, istismardan çıxarılan Filippin Hərbi Dəniz Qüvvələrinə məxsus gəmini məhv ediblər.

 

Təlim çərşənbə günü Çin Tayvanından təxminən 400 kilometr cənubda, Laoaq şəhəri yaxınlığında baş tutub. 

 

Son zamanlar Manila və Pekinin iddia etdiyi Cənubi Çin dənizi ətrafında Filippin və Çin gəmiləri arasında toqquşmalarda artım müşahidə olunur. Təlimin hədəfi Filippin Donanmasının Çin istehsalı olan ilk və yeganə tankeri BRP Lake Caliraya idi.