HƏMAS atəşkəs müqabilində israilli girovları azad etməyə hazırdır

Bölmə: Dünya › ,
Tarix: 23:26 08.05.2024

RİA Novosti öz mənbələrinə istinadən xəbər verir ki, HƏMAS ilk mərhələdə 33 israilli girovu 42 gün ərzində azad etməyə razılaşıb.

 

Bundan əvvəl İsrail 1 milyondan çox fələstinlinin cəmləşdiyi Rəfah şəhəri də daxil olmaqla Qəzza zolağının tamamilə təmizlənməsi niyyətini açıqlamışdı. Şəhərə hücum əsl humanitar fəlakət olardı. İsrailin hərəkətləri artıq misli görünməmiş bir antisemitizm dalğasına səbəb olub və hətta sionist rejimin müttəfiqləri də bunu pisləyib.