Notice: Undefined variable: y in /var/www/html/informator.az/azinweb/video.php on line 40

Notice: Trying to access array offset on value of type null in /var/www/html/informator.az/azinweb/video.php on line 40
Rəcəb Tayyib Ərdoğan Çanaqqala şəhidlərinin xatirəsinə şeir deyib | Informator informasiya agentliyi

Rəcəb Tayyib Ərdoğan Çanaqqala şəhidlərinin xatirəsinə şeir deyib

Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibəti ilə tanıtım filmi hazırlanıb. Qqısa film prezident aparatı tərəfindən hazırlanıb. 

Qısa video çarx Çanaqqala şəhidlərinin anımı və "Sən heç şühədanın (şəhidin) səsini duydunmu?" nidası ilə başlayır.

Daha sonra Çanaqqaladan, Kərkükə, Ədirnədən Qaziantepə kimi olan əsgərlərin səsləri eşidilir. 

Namaz və azanla davam edən çarxda prezident Rəcəb Tayyib Ərdoğan özü "Dua" şeirini səsləndirib. 

Tanıtım filmi türk bayrağı və Mustafa Kamal Atatürkün fotolarının da yer aldığı "Çanaqqala zəfərinin 100-cü ilində şəhid və qazilərimizi rəhmət və minnətlə anırıq" ifadəsi ilə bitir.