00:00:00
Yazar
Zəri Bayramlı
01.04.2026 21:13 98 1 dəq oxuma
Sosial

1 apreldən qüvvəyə minən ölkədaxili daşıma qaydaları - kimlərə şamil olunur?

 1 apreldən qüvvəyə minən ölkədaxili daşıma qaydaları - kimlərə şamil olunur?

Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliyi təsdiqləyib. Yeni qanunla ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib.

 

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “İnformator.az”a açıqlamasında bildirib ki, bu dəyişikliklər nəqliyyat sektorunda sərnişindaşımanın daha təhlükəsiz və keyfiyyətli təşkilinə xidmət edəcək:

 

“Bu günə qədər qeydiyyatdan keçən və icazə vərəqləri olan şirkət və şəxslərə bu qaydalar şamil olunmur. Qanun yalnız bu gündən - 1 apreldən etibarən bu sahədə fəaliyyət göstərmək istəyənlərə aid ediləcək.Tələblər elə də böyük maliyyə xərcləri tələb etmir. Bu səbəbdən hazırda fəaliyyət göstərən daşıyıcı şirkətlərin sıradan çıxacağı və ya qeyri-mütəmadi sərnişindaşıma ilə məşğul olan sürücülərin bu sahədən uzaqlaşacağı gözlənilmir.Bu tələblər birbaşa təhlükəsizliklə bağlı məsələləri əhatə edir. Bunlara sərnişinlərin və nəqliyyat vasitəsinin sığortalanmasıdır ki, bu zaman sərnişinlər də avtomatik sığorta olunur, sürücünün sərxoşluq vəziyyətinin yoxlanılması, həmçinin nəqliyyat vasitəsinin daxili və xarici tərtibatına dair tələblər daxildir. Bu isə həm təhlükəsizliyin təmin olunmasına, həm də keyfiyyətin yüksəldilməsi ilə bağlı məsələlərdir”.


Zəri Bayramlı

#gündəm #nəqliyyat #sənəd #trend
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər