00:00:00
Yazar
Admin User
30.09.2025 19:40 469 1 dəq oxuma
Maraqlı

1 oktyabr Ümumdünya Qəhvə Günü

1 oktyabr Ümumdünya Qəhvə Günü

1 oktyabr Ümumdünya Qəhvə Günü kimi qeyd olunur. Qəhvə sadəcə bir içki deyil, o, insanların günə başlama enerjisi, dostluq söhbətlərinin bəhanəsi və mədəniyyətin bir hissəsidir. Bu müsahibədə qəhvənin tarixi, mədəni rolu və insanların həyatındakı yerinə nəzər salacağıq.

 

"İnformator.az”a açıqlamasında jurnalist, qida eksperti İlkin Məmmədkərimov bildirib ki, qəhvə həm dadı, həm də təsiri ilə unikaldır:

 

“Qəhvə enerji verir, beyni oyadır, diqqəti cəmləməyə kömək edir. Bəzi insanlar səhər yuxudan oyanmaqda çətinlik çəkirlər. Qəhvə həmin insanların oyanmasına böyük bir kömək göstərir. Yəni qəhvənin faydalarını saysaq bitməz. Bir çox araşdırmalara görə ürək-damar xəstəliklərinə, təzyiq xəstələrinə çox böyük təsiri var. Qəhvəni yalnız fiziki təsirinə görə sevirlər. Bəzi insanlar qəhvə ətirini qəbul edə bilmir. Çünki onlar qəhvəyə qarşı allergiyası olan insanlardır. Dünyanın müxtəlif yerlərində qəhvə mədəniyyəti fərqlidir. Bu ümumiyyətlə qonaqpərvərliyin simvoludur. Məsələn, espresso İtaliyada məşhurdur. Bu insanlara zövq verən içkidir. Hazır, tez həll olan qəhvələr də dünyada daha çox məşhurdur. Bir sıra insanların evində qəhvə aparatları var. Yəni, qəhvə onların həyatının ayrılmaz bir hissəsinə çevrilib. Amma “coffee shop” ların artmasının səbəbi insanların evdən, ofisdən kənar bir yerdə toplaşıb, söhbət edərək vaxt keçirirlər”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər