00:00:00
Yazar
Admin User
27.02.2015 13:19 351 1 dəq oxuma
Sosial

10 dövlət qulluqçusu statusundan məhrum edilib

2014–cü ildə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun tələblərini pozan 10 nəfər dövlət qulluğu statusundan məhrum edilib.
10 dövlət qulluqçusu statusundan məhrum edilib

2014–cü ildə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun tələblərini pozan 10 nəfər dövlət qulluğu statusundan məhrum edilib.

4 nəfər isə aşağı vəzifəyə keçirilib. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2014-cü il üzrə illik hesabatına görə, qanunun tələblərini pozanların əksəriyyəti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşlarıdır.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirovun açıqlamasına görə, bəzi dövlət orqanları etik davranış qaydalarına əməl etmir. Bununla yanaşı, qanun pozuntularına qarşı ciddi tədbirlər görən müvafiq qurumlar da var. Qurumun fəaliyyətinə mane olan digər problem isə bəzi dövlət orqanlarının Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıqdan yayınmasıdır. Məsələn, Bulvar İdarəsi bizə vakant yer təqdim etmir.

Baxmayaraq ki, komissiya dəfələrlə idarəyə rəsmi müraciət edib. Hesabatda problemlərlə yanaşı, ötən ilin müsbət nəticələri də açıqlandı. 2014-cü ildə 4786 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin olunub. Qəbulun şəffaf şəraitdə keçirilməsi üçün imtahan zalları online veb kameralarla izlənib.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər