00:00:00
Yazar
Mayıl Soltan
17.04.2026 22:40 21 2 dəq oxuma
Sosial

Binəqədidə antisanitar vəziyyət - sakinlər zibil içində yaşayırlar

Binəqədidə antisanitar vəziyyət - sakinlər zibil içində yaşayırlar

Paytaxtın Binəqədi rayonunda yerləşən yaşayış massivində uzun müddətdir məişət tullantıları yığılaraq ciddi antisanitar vəziyyət yaradıb. Əraziyə atılan zibillər həm ətraf mühitə ziyan vurur, həm də sakinlərin gündəlik həyatını çətinləşdirir. Yerli əhali bildirir ki, yaranan pis qoxu və çirkli mühit səbəbindən normal yaşamaq demək olar ki, mümkün deyil. Problemin uzun müddətdir həll olunmaması isə narazılığı daha da artırır.

 

Mövzu ilə bağlı vəkil Fuad Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməlidirlər:

 

Ətraf mühitin çirklənməsi nəticəsində dəyən zərər də eyni qaydada məsul hüquqi və ya fiziki şəxslər vasitəsilə qarşılanır. Bu kimi hallarda kompensasiya məhkəmə qərarı əsasında müəyyən edilir. Yəni tullantıların vaxtında yığışdırılmaması nəticəsində sağlamlığa zərər dəyibsə, zərərçəkənlər məhkəməyə müraciət edərək ödəniş tələb edə bilərlər. Cinayət Məcəlləsinə görə səhlənkarlıq vəzifəli şəxsin öz vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində hüquqlara və ya cəmiyyətə ciddi zərər vurulması halıdır. Əgər tullantıların yığılmaması və ərazinin təmizlənməməsi vəzifəli şəxslərin laqeydliyi ilə bağlıdırsa və bu vəziyyət əhəmiyyətli zərər yaradırsa, həmin hal səhlənkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyətə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 266.4-1-ci maddəsinə əsasən, məişət tullantılarının vaxtında xüsusi ayrılmış yerlərə daşınmamasına görə məsuliyyət nəzərdə tutulur. Bu halda vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 2000 manat məbləğində cərimə edilə bilər. Bununla yanaşı, problem aradan qaldırılmadıqda və zərər davam edərsə, məsələ məhkəmə müstəvisində də qaldırıla bilər”.

 

Cavahir Əsgərbəyli

#binəqədidə #vəziyyət #sakinlər #xəbər #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər