00:00:00
Yazar
Zəhra Həsənova
17.04.2026 20:25 35 2 dəq oxuma
Sosial

Əllərdə keyimə və iynələnmə hansı xəstəliyin əlamətidir?

Əllərdə keyimə və iynələnmə hansı xəstəliyin əlamətidir?

Əllərinizdə hiss etdiyiniz keyimə yorğunluq əlaməti yox, bədəninizin sizə verdiyi siqnal ola bilər.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında nevroloq Röyanə Quluzadə bildirib ki, Əllərdə keyimə və iynələnmə hissi tibbdə paresteziya adlanır və klinik praktikada tez-tez rast gəlinən şikayətlərdəndir:

 

“Bu simptomlar çox vaxt periferik sinir sistemi, onurğa patologiyaları və ya sistemik xəstəliklərin ilkin əlaməti ola bilər. Buna görə də bu əlamətlərin düzgün qiymətləndirilməsi və səbəbin müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Əllərdə keyimə və iynələnmənin ən çox rast gəlinən səbəbi nevroloji patologiyalardır. Karpal tunel sindromu median sinirin bilək səviyyəsində sıxılması nəticəsində yaranır və xüsusilə gecələr artan keyimə, baş və şəhadət barmağında hissiyat pozğunluğu ilə xarakterizə olunur. Servikal radikulopatiya boyun mənşəli patologiyalarda görülür, boyun fəqərələrində degenerativ dəyişikliklər sinir köklərinə təzyiq edərək əllərə yayılan keyimə və ağrıya səbəb olur. Periferik neyropatiyalar isə vitamin çatışmazlığı, ən çox şəkərli diabet, alkoqolizm və B12 vitamini çatışmazlığı ilə əlaqəlidir və simmetrik, “əlcək tipli” hissiyat pozğunluğu ilə özünü göstərir. Mərkəzi sinir sistemi xəstəliklərindən dağınıq skleroz kimi demiyelinizəedici xəstəliklərdə də paresteziya erkən simptomlardan biri ola bilər. Ağrı və keyiməni azaltmaq üçün əlləri uzun müddət eyni vəziyyətdə saxlamamaq, kompüter və telefon istifadə zamanı vaxtaşırı dincəlmək və hərəkət etmək, gecə əl splinti istifadə etmək (xüsusilə karpal tuneldə), B qrupu vitaminlər qəbul etmək (həkim nəzarəti ilə), yüngül sinir və əzələ məşqləri etmək və isti kompres tətbiq etmək tövsiyə olunur”.

 

Selcan Xudiyeva

#baki #hansı #əlamətidir? #əllərdə #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər