10 ildə buzlaqların iki faizi əriyib
Avropa Kosmik Agentliyinin (ESA) istismardan çıxarılan peyki "Cryosat" 2010-2020-ci illərdə 200 mindən çox buzlağı müşahidə edib.
İNFORMATOR.AZ Haber Global-a istinadən xəbər verir ki, Cryosatdan alınan görüntülər sayəsində buzlaqların vəziyyəti ilə bağlı qlobal araşdırma aparılıb.
İqlim dəyişikliyinin 10 ildə 2 milyard 720 milyon ton buzun əriməsinə səbəb olduğu qənaətinə gələn araşdırmada itirilən buzlaq kütləsinin dünyadakı buzlaqların 2 faizinə bərabər olduğu müəyyən edilib.
Araşdırmada buzlaqların 89 faizinin yüksək atmosfer temperaturu, 11 faizinin isə okean və ya göl suyunun isti olması səbəbindən əridiyi müəyyən edilib.
Qeyd etmək lazımdır ki, “Geophysical Research Letters” jurnalında dərc olunan nəticələrdə ən çox buzlaq itkisinin Alyaskada yaşandığı və burada isti hava səbəbilə 80 min tondan çox buzlağın əridiyi ifadə edilib.
Nigar
