00:00:00
Yazar
Admin User
05.10.2025 19:27 157 1 dəq oxuma
Maraqlı

11-ci Bakı Beynəlxalq Sərgisinin

11-ci Bakı Beynəlxalq Sərgisinin

Əməkdaşımız bu gün sərgidə iştirak edib. Və onun sərgidən xatirələrini sizə təqdim edirik:

 

"Bu gün 11-ci Bakı Beynəlxalq Sərgisinə qatılmaq fürsəti əldə etdim və oradakı təəssüratlarımı sizinlə bölüşmək istədim. Sərgi həm yerli, həm də xarici şirkətləri bir araya gətirərək, ziyarətçilərə rəngarəng və maraqlı bir təcrübə təqdim edir. Bu il sərgidə 123 Azərbaycan şirkəti və 23 ölkədən 68 xarici şirkət iştirak edir. Sərgi ziyarətçilər üçün rahat və əlçatan şəkildə təşkil olunub. Ödənişsiz avtobuslar vasitəsilə sərgiyə birbaşa çatmaq mümkündür. “Koroğlu”, “28 May”və “Elmlər akedemiyası” metro stansiyalarından sərgiyə avtobuslar hər yarım saata bir gedib-gəlir, bu da ziyarətçilərə sərgini rahat ziyarət etməyə imkan verir.Orada müxtəlif millətlərin vətəndaşları ilə qarşılaşdım, yeni tanışlıqlar və fərqli perspektivlər əldə etdim. Yerli nəşriyyatlarla ünsiyyət quraraq endirim fürsətlərindən də yararlandım, maraqlı kitablarla tanış oldum.Sərgi həmçinin foto zonalar və interaktiv tədbirlər ilə ziyarətçiləri cəlb edir. Tədbirlər, seminarlar və təqdimatlar ziyarətçilərin həm məlumatlanmasına, həm də əyləncəli vaxt keçirməsinə imkan yaradır.Hər anı ilə maraqlı keçən sərgiyə qatılmaq mənim üçün böyük zövq olub".

 

Qeyd edim ki, sərgi ayın 7-dək davam edəcək və hər kəs üçün açıqdır. 

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər