15 yaşlı Rouda Alserkal
Keçən ilin noyabrında, Ərəb Qadınlar Şahmat Çempionatının səkkizinci turunda, Əbu-Dabidə böyüyən şahmatçı Rouda Alserkal mühüm bir an yaşadı. Əgər həmin partiyanı qazansaydı, “Qadın qrossmeysteri” (Woman Grandmaster) titulunu almaq üçün kifayət qədər xal toplayacaqdı-bu onu təkcə Birləşmiş Ərəb Əmirliklərinin deyil, bütün Körfəz bölgəsinin ilk qadın qrossmeysteri edəcəkdi.
Və bəli, o, qalib gəlib. Cəmi 15 yaşında Rouda Alserkal şahmat tarixində adını yazdıraraq, uzun illər kişilərin üstünlük təşkil etdiyi bu idman növündə gənc əmirlikli qadınlar üçün ümid simvoluna çevrilib.
Reutersə Əbu-Dabidəki şahmat klubundan danışan Alserkal, Norveç və Rumıniyada keçirilən beynəlxalq turnirlərdən yeni qayıdıb. O, ölkəsini, mədəniyyətini və qadınları beynəlxalq səviyyədə təmsil etməyin təzyiqlərindən danışıb:
“Şahmat oynamaq üçün 35-dən çox ölkəyə səyahət etmişəm,”-deyib Alserkal. Həmin anda gənc bir qız onun yanına yaxınlaşıb selfie çəkilmək və telefonunun arxa fonu üçün Alserkalın şəklini seçdiyini göstərmək istəyib.
REUTERS NEWS
Banuçiçək Məmmədova
