1530-cu gün: Rusiya Ukraynanın itkilərini yeniləyib
Rusiya müharibənin 1530-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 141 139 PUA-sı, 658 zenit-raket kompleksi, 29 146 tank və digər zirehli texnikası, 1 712 reaktiv yaylım atəş sistemi, 34 729 artilleriya və minaatanı, 60 680 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.