00:00:00
Yazar
Lalə Qafarova
19.02.2026 21:27 5 2 dəq oxuma
Maraqlı

17-ci əsrə aid Swash Channel gəmi qəzası nədir?

17-ci əsrə aid Swash Channel gəmi qəzası nədir?

 

 

 

17-ci əsrə aid Swash Channel gəmi qəzası İngiltərənin Dorset bölgəsində yerləşən Studland Bay sahilində qış fırtınalarından sonra üzə çıxan tarixi gəmi qalıqları ilə bağlıdır. Qalıqlar 28 yanvarda National Trust-a məxsus ərazidə aşkar edilib. Mütəxəssislər hesab edirlər ki, bu hissələr 1631-ci ildə batmış silahlı holland ticarət gəmisinə aid olan Swash Channel qəzasının itkin parçasıdır.

 

Bu gəmi ilk dəfə 1990-cı illərdə aşkar olunub. Təxminən 10 illik araşdırmalardan sonra 2013-cü ildə Bournemouth University-nin dəniz arxeoloqları sükan və digər böyük hissələri sudan çıxarıblar. Bu əməliyyat Mary Rose gəmisinin çıxarılmasından sonra İngiltərədə ən iri sualtı qazıntı hesab olunur.

Araşdırmalar göstərib ki, gəminin taxtaları 17-ci əsrin əvvəllərində Niderland və ya Almaniyada kəsilmiş ağaclardan hazırlanıb və onun Amsterdam yaxınlığındakı Hoorn şəhərindən olan “Fame” adlı gəmi olması ehtimal edilir. Təxminən 40 metr uzunluğunda olan bu silahlı ticarət gəmisi 40-dan çox top daşıya bilib və Karib hövzəsinə duz gətirmək üçün səfərlər edib. Gəmi fırtına zamanı lövbərdə olarkən qumluğa sürüklənərək çevrilib. 45 nəfərlik heyət xilas olsa da, gəmi sonradan talan edilib. 

Son tapılan hissə gəminin gövdəsinə aid edilir. Təxminən 6 metr uzunluğunda olan bu taxta konstruksiya əsrlər boyu qum altında qalıb və yalnız fırtınalardan sonra görünməyə başlayıb. Mütəxəssislər ağacın yaşını və mənşəyini müəyyən etmək üçün dendroxronoloji analiz aparacaqlar. Əgər qalıqların həqiqətən qorunan Swash Channel qəzasına aid olduğu təsdiqlənsə, onların gələcəkdə Poole Museum-da nümayiş etdirilməsi planlaşdırılır.


BBC
Reyhan Quliyeva

#əsrə #qəzası #17-ci #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər