00:00:00
Yazar
Admin User
17.02.2015 14:57 638 1 dəq oxuma
Dünya

19 tələbə qızı zorlayan: “Haqqımı onlara halal etmirəm”

Saxlanılan şəxs məhkəmədə verdiyi ifadə hamını şoka salıb
19 tələbə qızı zorlayan: “Haqqımı onlara halal etmirəm”

 

Türkiyənin Samsun şəhərində 19 tələbə qızı zorlayan 38 yaşlı müəllim həbs edilib. Məlumata görə, saxlanılan şəxs Məktəb və Ailə Birlyinin sədri, 38 yaşlı Fatin G-dir. Saxlanılan şəxsin 2 uşaq atası olduğu və uzun zaman təhsil müəssisələrində çalışdığı bildirilir.

O, çalışdığı təhsil müəssisələrində oxuyan qızları tora salıb zorlayırmış. İddialara görə, o, tələbə qızları iş yerində soyundurub zorlayıb. 

Fatin G. Isə məhkəmədə verdiyi ifadəsində ittihamları qəbul etməyib. O, bildirib ki, qızları zorlamayıb. Sadəcə qızlara küçədə baş verən hadisələri açıq-aydın başa salmağa çalışıb.

“Küçədə gəlib-keçən bəlli deyil. Bu səbəbdən qızları təhlükə barədə xəbərdar etməyə çalışırdım. Onları zorlamadım. Onlara həyat dərsi verməyə çalışdım. Mən onlara yaxşılıq etdim. Haqqımı onlara halal etmirəm. Mənə tələ qurdular”, - deyə Fatin G bildirib.

Məhkəmədə isə digər şahidlər və zərər çəkənlər dindirilib. Bütün ifadələr saxlanılan şəxsin əleyhinə olub. Hazırda məhkəmə müəyyən edilməmiş vaxta qədər təxirə salınıb.

 

Mənbə
ANS PRESS 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər