19 yaşlı universitet tələbəsinin ölümündə təksirləndirilən 2 polis həbs olundu
Türkiyədə universitet tələbəsi Əli İsmayıl Qorxmazın Əskişəhərdə nümaişdə döyülərək öldürülməsi ilə bağlı məhkəmə qərar çıxarıb.
Türkiyədə universitet tələbəsi Əli İsmayıl Qorxmazın Əskişəhərdə nümaişdə döyülərək öldürülməsi ilə bağlı məhkəmə qərar çıxarıb. 19 yaşlı tələbənin ölümündə günahlandırılan iki polis məmuruna höküm oxunub. Polislərdən Mevlüt Saldoğana 10 il 10 ay, Yalçın Akbulutasa 10 il həbs cəzası verilib. Bundan əlavə hadisə ilə bağlı bir neçə mülki şəxsdə mühakimə olunub.
