00:00:00
Yazar
Admin User
02.02.2026 16:38 78 1 dəq oxuma
Maraqlı

2 Fevral Gənclər Günü münasibətilə BDU-da fəal gənclər mükafatlandırılıb

2 Fevral Gənclər Günü münasibətilə BDU-da fəal gənclər mükafatlandırılıb

Bakı Dövlət Universitetində (BDU) 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Tədbirin açılışında Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Zöhrab Əliyev çıxış edərək gəncləri 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə təbrik etdi. O, çıxışında gənclərin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayaraq bildirib ki, onların təhsil, ictimai fəaliyyət və şəxsi inkişaf sahəsində fəallığını dövlət daim dəstəkləyir. Zöhrab Əliyev gənclərə öz potensiallarına inanmağı, bilik və bacarıqlarını ölkənin gələcəyi naminə səfərbər etməyi tövsiyə etdi.

 

Daha sonra BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək gənclərin universitet həyatında fəal iştirakının əhəmiyyətindən danışdı. O qeyd etdi ki, tələbələrin təşəbbüsləri daim dəstəklənir və bu cür tədbirlər onların motivasiyasının artırılmasında mühüm rol oynayır.

 

Tədbirin sonunda universitetin ictimai həyatında fəal iştirak edən bir qrup gənc Gənclər Günü münasibətilə mükafatlandırıldı.

 

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə 2 Fevral tarixi Azərbaycanda Gənclər Günü kimi təsis edildi. Bu əlamətdar gün gənclərin cəmiyyət həyatında rolunun artırılması və onların fəaliyyətinin təşviqi məqsədi daşıyır.

 

Həmçinin vurğulayaq ki,təltif olunanlar içərisində saytımızın müxbir və admin-redaktor heyətindən də üzvlər var. 

 

Gövhər Mehyəddinova, Nigar Həsənzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər