00:00:00
Yazar
Admin User
24.10.2025 17:26 210 2 dəq oxuma
İqtisadiyyat

“2 milyard avro vəsait lazımdır“

“2 milyard avro vəsait lazımdır“

 

Əlavə qaz idxalı üçün maliyyələşdirmə təxminən 2 milyard avrodur, Ukrayna bunu daxili ehtiyatlardan və tərəfdaşlarının köməyi ilə əldə edəcək.

 

Mövzu ilə bağlı olaraq iqtisadçı Günay Hüseynova "İnformator.az" a açıqlamasında bildirib ki, enerji sektorunda Ukrayna bir çox ölkələr ilə əlaqələr saxlayır, xüsusilə də Polşa ilə:

 

"Ukrayna hökuməti üçün vətəndaşların sosial-iqtisadi rifahının təmin edilməsi prioritet məsələdir. Qaz məsələsi, yəni enerji balansında qaz idxalının rolu isə dövlət üçün əsas vacib məsələlərdən hesab olunur. Çünki yerli istehsal daxili tələbatı ödəmir. Daha əvvəlki illərdə də bu belə idi, lakin Rusiya ilə ticari tərəfdaşlıq var idi. Lakin məlum müharibə məsələsindən sonra ticari tərəfdaşlıq tamamilə pozuldu və hazırda həm Ukrayna hökumətinin qaz idxalına ehtiyacı var, həm də maliyyə çatışmazlığı problemi mövcuddur.Əslində daxili mənbələr vasitəsilə təmin edilməyə çalışılsa da, lakin dövlət büdcəsində yetərli vəsait olmadığı üçün bu, ya digər Avropa ölkələrinin dəstəyi ilə, ya da beynəlxalq maliyyə mənbələrindən kredit alınması hesabına ola bilər. Daha doğrusu, enerji sektorunda bir sıra dövlətlərlə Ukraynanın əməkdaşlığı var, xüsusilə də Polşa ilə. Hətta Ukraynada enerji sektorunda Polşa şirkətləri fəaliyyət göstərir. Yəni düşünürəm ki, həmin ölkələrlə tərəfdaşlıq çərçivəsində bu məsələ həll olunacaq.Qaz idxalının artırılması enerji təhlükəsizliyinə, təbii ki, qısa müddət üçün müsbət təsir göstərəcək. Çünki sosial-iqtisadi rifahı təmin edəcək. Qış mövsümünə hazırlıq məsələsinə gəldikdə isə, dediyim kimi, əgər yerli istehsal və idxal ilə tam təminat olacaqsa, bu zaman müsbət təsirini göstərəcək. Lakin biz bunu uzunmüddətli dövr üçün deyə bilmərik. Çünki Avropa ölkələrinin Ukraynaya maliyyə dəstəyinin nə qədər müddət davam edəcəyini proqnozlaşdıra bilmirik. Eyni zamanda, digər ölkələrlə ticari tərəfdaşlıqda da qaz idxalı üçün maliyyə resurslarına ehtiyac var. Boru xətlərinin çəkilməsi, digər texniki işlər var və dövlət büdcəsində yetərli vəsait yoxdur. Yəni, gələcək üçün bu məsələyə dair dəqiq proqnoz vermək çətindir. Sadəcə qeyd etdiklərim qısa müddətli perspektivdə keçərlidir.Məlumdur ki, Ukraynanın ən böyük ticari tərəfdaşları Avropa ölkələridir. Macarıstan, Ruminya, Polşa, Fransa kimi ölkələrdən dəstək gəlir. Xüsusilə Polşanı qeyd etmək istəyirəm. Çünki söylədiyim kimi, enerji təchizatı sektorunda Ukraynada fəaliyyət göstərən çoxsaylı Polşa şirkətləri var. Hətta müharibə şəraitində Ukrayna vətəndaşlarına dəstək olan, öz qapılarını açan ölkələrdən biri də Polşadır".


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər