00:00:00
Yazar
Admin User
02.10.2025 17:27 169 2 dəq oxuma
Maraqlı

2 oktyabr

2 oktyabr

 Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada sosioloq Elçin Bayramlı bildirib ki, son dövrlərdə zorakılıq hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğurur:

 

"Cəmiyyətimizdə zorakılıq hallarının sayı getdikcə artır. İnsanlar arasında münasibətlər pozulur, dözümsüzlük halları güclənir və insanlar problemlərin həllini zorakılıqda görürlər. Bu, əsasən stresli həyat tərzinin nəticəsidir. Stresin isə iki əsas istiqaməti var - biri sosial-iqtisadi vəziyyətlə, digəri isə mənəvi-psixoloji vəziyyətlə bağlıdır. Sosial mühit dedikdə insanın maddi durumu, iş yeri, yaşayış şəraiti və gəlir səviyyəsi nəzərdə tutulur. Bu problemlər insanlarda stressi artırır. Stresslə yaşayan insan isə aqressiv olur və özünü cilovlaya bilmir. Bu da onu zorakı davranışlara yönəldir. Digər tərəfdən, bu vəziyyətin formalaşmasında ailədə və məktəbdə tərbiyə sisteminin zəif olması böyük rol oynayır. Ailələr uşaqlara azadlıq adı altında nəzarətsizlik verir, məktəblərdə isə müəllimlərin artıq tərbiyə vermək və ya nizam-intizam yaratmaq hüquqları qalmayıb. Bu isə uşaqların aqressiv və məsuliyyətsiz formalaşmasına səbəb olur. Bundan əlavə, sosial media, internet, müasir filmlər və kompüter oyunları da zorakılığı təbliğ edir. Uşaqlar bu cür mühitdə böyüyür və zorakılıq onlarda adi bir davranış formasına çevrilir. Hətta uşaq yaşlarından oynadıqları oyunların böyük hissəsi zorakılıq elementləri ilə doludur".

 

Həmçinin sosioloq bildirib ki, zorakılığın artmasına təsir edən digər amillər arasında psixotrop dərmanlar, narkomaniya və alkoqol asılılığı da var:

 

"İnsanların mənəvi dəyərlərə bağlılığı azaldıqca, bir-birinə hörmət və ünsiyyət də zəifləyir. Hər kəs öz fikrini qəbul etdirmək, qarşı tərəfi əzmək istəyir. Bu da cəmiyyətdə gərginliyin artmasına səbəb olur. Problemin həlli üçün kompleks yanaşma vacibdir. Sosial rifahın artırılması, gənclərin idman və yaradıcılığa yönəldilməsi, tərbiyə sisteminin gücləndirilməsi, media məzmununun sağlamlaşdırılması vacibdir. Sağlam cəmiyyət üçün milli-mənəvi dəyərlər qorunmalı, uşaqlar kiçik yaşdan düzgün istiqamətləndirilməlidir. Dünya təcrübəsində sosial rifahı yüksək olan ölkələrdə zorakılıq halları da az olur. Biz də həmin modelləri araşdıraraq ölkəmizə uyğun formada tətbiq edə bilərik".

 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər