00:00:00
Yazar
Admin User
20.10.2025 10:46 142 1 dəq oxuma
Maraqlı

20 oktaybr Energetiklər günü

20 oktaybr Energetiklər günü

Bu gün Azərbaycanda mühüm peşə bayramlarından biri Energetiklər Günü qeyd olunur. Bayram ölkəmizin enerji sektorunda çalışan mühəndis və texniki heyətin əməyinə ehtiram məqsədilə təsis edilib.

 

Energetiklər Gününün əsası 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının birinci enerji blokunun istifadəyə verilməsi ilə qoyulub. Bu, ölkə elektroenergetikasında yeni mərhələnin başlanğıcı olub.

 

Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin gün rəsmi olaraq Energetiklər Günü elan olunub. Eyni zamanda, oktyabrın 18-də Azərbaycan energetiklərinin təltif edilməsi barədə Sərəncam imzalanıb enerji sahəsində səmərəli fəaliyyətinə görə 5 nəfər “3-cü dərəcəli Əmək” ordeni, 20 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.

 

Energetiklər ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində və fasiləsiz enerji istehsalında əsas rol oynayırlar. Bu gün həm onların əməyinə ehtiram göstərilir, həm də gələcək nəsillərə enerjinin səmərəli və təhlükəsiz istifadəsinin əhəmiyyəti xatırladılır.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər