00:00:00
Yazar
Admin User
22.12.2025 17:05 115 2 dəq oxuma
Maraqlı

2025-ci ilin ən yaxşı çatbotu

2025-ci ilin ən yaxşı çatbotu

2025-ci il süni intellekt texnologiyasında əhəmiyyətli yeniliklər gətirib. Bazara çıxan yeni çatbotlar arasında Gemini və ChatGPT geniş diqqət çəkir. Hər iki platforma istifadəçilərə fərqli üstünlüklər təklif edir Gemini daha çox yaradıcı cavab və multimedialı interfeysə üstünlük verirsə, ChatGPT isə dialoq təcrübəsi və dil emalındakı dəqiqliyi ilə seçilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında “Alas acedemy”nin direktoru,süni intellekt mütəxəssisi Natiq Məmişov bildirib ki, gündəlik olaraq Chatgpt istifadə edir:

 

“Geminini isə Google DeepMind komandası hazırlayıb və xüsusilə, Google ekosisteminə inteqrasiyası ilə seçilir. Bu platforma texniki sənədlər, şəkil, video və səs analizində kifayət qədər effektivdir. Multimodel iş axını olan istifadəçilər üçün Gemini daha rahat görünə bilər. ChatGPT isə istifadəçi ilə ünsiyyətdə daha insana yaxın dialoq qurur.ChatGPT məntiqi düşünmə, kod yazma və problemlərin həllində çox güclüdür. Xüsusilə ,proqramlaşdırma, debug və kreativ mətn yazıları sahəsində daha stabil nəticələr verir. Agent tapşırıqları və analitik işlər üçün ChatGPT-ni daha effektiv hesab edirəm.Təhlükəsizlik məsələsi də seçim zamanı mühüm rol oynayır. Platformaların məlumatları necə saxlaması, istifadəçi nəzarəti və məxfilik mexanizmləri fərqlidir.Hər iki sistemdə məlumatların şifrələnməsi və istifadəçi tərəfindən idarə olunması mümkündür, lakin seçim edərkən istifadəçinin hansı ekosistemə daha çox bağlı olması da önəmlidir. Araşdırma, texniki sənədlərlə iş və multimodal inteqrasiya üçün Gemini, dialoq keyfiyyəti, kodlaşdırma və analitik tapşırıqlar üçün isə ChatGPT daha uyğun hesab olunur. 2025-ci ildə “ən yaxşı çatbot” anlayışı artıq tək bir modeldən yox, istifadə məqsədindən asılı olaraq dəyişir”.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər