00:00:00
Yazar
Admin User
28.10.2025 19:20 135 1 dəq oxuma
Maraqlı

“2×2” verilişinin bugünkü qonağı Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu olub

“2×2” verilişinin bugünkü qonağı Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu olub

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Vüqar Zifəroğlu bu gün Mədəniyyət kanalında yayımlanan “2x2” verilişinin qonağı olub. Mövzu “Media savadlılığı bizə nə verir?” olub.

 

Vüqar Zifəroğlu çıxışı zamanı slaydlar vasitəsilə media savadlılığının mahiyyətini ətraflı şəkildə izah edib. O, qeyd edib ki, bu gün insanlar informasiya bolluğu dövründə yaşayır və belə bir zamanda doğru xəbəri saxta informasiyadan ayırmaq bacarığı hər bir vətəndaş üçün mühüm əhəmiyyət kəsb edir.

 

Vüqar Zifəroğlu bildirib ki, bir xəbərin doğruluğuna inanmazdan əvvəl onu bir neçə əsaslı və etibarlı mənbədən yoxlamaq lazımdır. Bu, cəmiyyətdə dezinformasiya və manipulyasiya hallarının qarşısını almağa kömək edir.

 

O, həmçinin media savadlılığının cəmiyyətin maariflənməsində və sağlam informasiya mühitinin formalaşmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.

 

Verilişdə iştirakçılar sual-cavab hissəsində aktivlik nümayiş etdiriblər. Fəal iştirakçılara hədiyyələr təqdim olunub.

 

Vüqar Zifəroğlu çıxışında bildirib:

 

“Media savadlılığı sadəcə jurnalistlərin deyil, cəmiyyətin hər bir üzvünün ehtiyacı olan bacarıqdır. İnformasiya dövründə düşünmədən paylaşmaq yox, düşünərək dəyərləndirmək vacibdir.”

 

Qeyd edək ki, “Media savadlılığı bizə nə verir?” mövzusunda keçirilən maraqlı müzakirəni bu həftənin şənbə günü 14:30 da Mədəniyyət,həmçinin Az TV kanalında “2x2” verilişində izləyə bilərsiniz.

 

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər