00:00:00
Yazar
Admin User
08.09.2025 14:23 147 2 dəq oxuma
Mədəniyyət

3000-dən çox təhsil krediti müqaviləsi rəsmiləşdirilib

3000-dən çox təhsil krediti müqaviləsi rəsmiləşdirilib

Fonda məxsus elektron portalın müraciətlərin qəbul olunduğu gündən bu günə qədər sistemə 7500-ə yaxın müraciət daxil olub, onlardan 3000-dən çox kredit müqaviləsi artıq rəsmiləşdirilib.


Mövzu ilə bağlı təhsil eksperti Elçin Murad “İnformator.az”a açıqlmasında bildirib ki, tələbə təhsil krediti uşaqlara xüsusi ilə də maddi cəhətdən təhsil ala bilmeyen tələbələrə təhsil almaq imkanı yaradır:


“Yəni bu sistem ən azından bizim bilmədiyimiz bir neçə şəxsin təhsildən uzaqlaşmamağına səbəb olur. Bu çox yaxşı və dövlətdən verilən ən düzgün adımlardan biridir. Tələbə təhsil krediti təbii ki, müəyyən şərtlər daxilində verilməyi düzgündür. Müəyyən şərtlər daxilində verilməsi aşağı bal toplayan yuxarı bal toplayan hər kəs bu tələbə təhsil kreditinə müraciət eyləyə bilər. Bu həm ölkə büdcəsi üçün düzgün hesablanmamış bir şeydir. Həmdə ki Tələbə təhsil kreditin də yaxşı savadlı tələbə ilə sadəcə bəxt yolu ilə universitet qəbul olmuş tələbə arasında haqsiz rəqabətə səbəb olar. Yəni həmin imtiyazdan hər kəs yaralanmağı düzgün deyil. Dövlət onun üçün bir standart qoymağı düzgündür. Tələbə təhsil krediti sosial və standart olmaqla iki yerə bölünür. Sosial kredit demək olar ki, sosial vəziyyəti az təminatlı ailələrinin hər birinə verilir. Hansı ki, onlar dövlətdən sosial yardım alır, amma standart tələbə təhsil krediti sadəcə balı yaxşı olanlara verilir. Standar Tələbə Təhsil Krediti balı 250-dən yuxarı olan və semesterlərdən yaxşı nəticə göstərənlərə şamil olunubdur. Oda düzgün bir qərardır. Dövlət bu krediti ona görə ayırır ki, keyfiyətli vakant yetişdirsin. Əgər o vakant yetişməyəcəksə sadəcə dövlətin maddiyyatından istifadə eyləyib universiteti diplom xatirinə bitirəcəksə onun üçün bu diplomun heç bir faydası nə onun üçün nə bu dövlət üçün heç bir faydası qalmır. Ləğv olmağı həmin abituriyentin tələbənin artıq universitetdən imtina etməyinə səbəb olur. Bunun üçün dövlət günahkardır mı? Xeyr. Dövlət abituriyentin tələbənin qarşısına şərt qoyur ki, bu şərtlərə əməl elə kreditin daimi şəkildə dövlət tərəfindən qarşılansın,maddi ehtiyacın qarşılansın. Yox əgər dövlətin qoyduğu tələbə əməl eləmirsə onda artıq hər hansı dövlətdən imtinaz gözləməyə yer yoxdur. Onun üçündə bu barədə abituriyentin valideynlərin tələbənin üzərinə yük düşür. Məsuliyyət dərk etməli oxumalıdır”.

 


Nuranə Merdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər