00:00:00
Yazar
Admin User
04.10.2025 06:51 263 2 dəq oxuma
Mədəniyyət

4 Oktyabr Gəncə Terroru

4 Oktyabr Gəncə Terroru

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi günlərində Ermənistan Silahlı Qüvvələri döyüş meydanında uğursuzluğa düçar olduqda mülki əhalini hədəfə almağa başlayıb. 4 oktyabr 2020-ci ildə isə onların hədəfi Azərbaycanın “İkinci Böyük şəhəri Gəncə” olub.

 

İlk hücum nəticəsində 1 mülki şəxs – Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 30-dan çox mülki şəxs isə yaralanıb. Bu, Ermənistanın ilk dəfə Gəncəni hədəf aldığı gün idi və şəhərimizə qarşı törədilən ən dəhşətli cinayətlərdən biri kimi tarixə düşüb.

 

“Həmin gün mən də şəhərdə idim. Raket atılanda dərsə gedirdim. Birdən-birə şəhər silkələndi. Əvvəlcə nə baş verdiyini anlaya bilmədim. Qulaqlarımda yalnız cingilti səsləri eşidilirdi. İnsanlar pərişan halda idi – uşaqlar ağlaşır, böyüklər narahatlıq içində bir-birinə baxırdı. Mən nə baş verdiyini anlamağa çalışırdım. Birdən yenə səs eşidildi – daha güclü, daha yaxın. O zaman başa düşdüm ki, şəhərimiz düşmən raketlərinin hədəfinə çevrilib. Mənfur ermənilər artıq cəbhədən 60 kilometr aralıda yerləşən Gəncəyə də atəş açırdılar”.


İkinci raket hücumu isə 5 oktyabrda baş verib. Bu dəfə 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu isə 8 oktyabrda həyata olub, xoşbəxtlikdən həmin hücum zamanı həlak olan və yaralanan olmayıb.


Həmin an qorxunun və çətinliyin nə demək olduğunu hər kəs yaşayıb. Amma bir həqiqət də üzə çıxıb. Gəncə terroru xalqımızın iradəsini sındırmayıb. Əksinə, düşmənə qarşı nifrəti, mübarizə əzmini daha da gücləndirib.

 

Bu hücumlar bir daha göstərib ki, Gəncə təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin yaddaşına mülki əhaliyə qarşı törədilən terror aktı kimi həkk olunub. Hər bir güllə səsi, hər bir dağıntı xalqımızın yaddaşında acı bir iz qoyub. Amma Gəncə ayaqda qalıb, insanlar sınmayıb, ruhdan düşməyib.


Gəncə terroru həm faciə, həm də qəhrəmanlıq salnaməsinin bir parçasıdır – çünki bu şəhər öz ağrısı ilə birlikdə xalqımızın dözümünü, iradəsini və sarsılmaz birliyini nümayiş etdirib.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər