00:00:00
Yazar
Güllər Gülhüseynova
17.08.2026 21:24 9 2 dəq oxuma
Maraqlı

53 il sonra məlum olub-İnklərin itmiş şəhərini səhv yerdə axtarıblar

53 il sonra məlum olub-İnklərin itmiş şəhərini səhv yerdə axtarıblar

1911-ci ildə amerikalı professor Hiram Bingham Perunun And dağlarında İnklərin sonuncu hökmdarının itmiş dağ qalasını tapdığını iddia edib. Lakin 53 il sonra başqa bir tədqiqatçı onun yanıldığını sübut edib.

 

Yel Universitetinin alimi Hiram Bingham III 1911-ci ildə yerli sakinlərin məlumatı əsasında İnklərin xəzinələri ilə bağlı əfsanəyə çevrilmiş itmiş şəhəri axtarmağa başlayıb. O, tapdığı xarabalıqların qədim Vilkabamba olduğunu düşünərək bu qənaətində israr edib.

 

Lakin 1964-cü ilin avqustunda ABŞ-li tədqiqatçı Gene Savoy Binghamın iddiasına qarşı çıxıb. “Əsl İndiana Cons” ləqəbi ilə tanınan Savoy Machu Picchu-dan təxminən 60 kilometr şimal-qərbdə, Amazonun qollarından birinin yuxarısındakı ucqar bulud meşələrində yerləşən Espíritu Pampa xarabalıqlarını araşdırıb.

 

Savoy buranın İnklərin sonuncu hökmdarının dağ qalası-Vilkabamba olduğunu iddia edib.

 

Onun ekspedisiyasından cəmi altı həftə sonra BBC-nin çəkiliş qrupu da Savoyun izləri ilə həmin əraziyə yollanıb. Komanda səfər zamanı rezin qayıqla çay keçib, sürətli axınlarda qayıq aşıb, qatırlarla dik kanyon yamaclarına qalxıb və cəngəllikdən keçmək üçün yol açmalı olub.

 

BBC əməkdaşları yolboyu əldə etdikləri məlumatların Savoyun bəzi iddialarına şübhə yaratdığını bildiriblər. Buna baxmayaraq, uzun və təhlükəli səfərdən sonra xarabalıqlara çataraq ərazini araşdırıblar.

 

Vilcabamba XX əsrin əvvəllərinə qədər həm tarixi, həm də əfsanəvi şəhər kimi tanınırdı. 1536-cı ildə ispan konkistadorları İnklərin paytaxtı Kuskonu ələ keçirdikdən sonra hökmdar Manko öz xalqını dağlara aparmışdı.

 

Rəvayətə görə, burada bir neçə min İnka yeni paytaxt salaraq saraylar və məbədlər inşa edib. Manko öz qızıl xəzinələrini, qiymətli bütlərini və əcdadlarının mumiyalarını da bu şəhərə gətirib.

 

XVI əsrdə Perunun İspaniya tərəfindən fəthini qələmə alan keşiş Martín de Murúa yazırdı ki, İnklər bu uzaq və sürgün edilmiş torpaqda Kusko şəhərindəki dəbdəbədən və möhtəşəmlikdən demək olar ki, heç nə itirməmişdilər.

 

Vilcabamba yalnız sürgün məkanı deyil, həm də ispanlara qarşı müqavimətin əsas mərkəzlərindən biri olub. İnklər burada ispanlara qarşı partizan müharibəsi planlaşdırır və digər bölgələrdə üsyanlara dəstək verirdilər.

 

Lakin 1572-ci ildə ispanların hücumu qarşısında İnklər şəhəri yandıraraq ərazidən qaçıblar. Bundan sonra sonuncu İnka paytaxtı cəngəllik tərəfindən udulub və şəhərin dəqiq yeri əsrlər boyu sirr olaraq qalıb.

 

Sonrakı araşdırmalar isə Binghamın 1911-ci ildə Vilcabamba hesab etdiyi yerin əslində İnklərin itmiş paytaxtı olmadığını, bu şəhərin Espíritu Pampa ərazisində yerləşdiyini göstərib.

 

Güllər Gülhüseynova

#məlum #yerdə #səhv #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər