5G hərracında təkliflər məlum olub
5G hərracında 700 MHz tezlik diapazonunda A1 paketinə ən yüksək təklif 429 milyon dollar ilə Turkcell, A2 paketinə 426 milyon dollar ilə Vodafone və A3 paketinə 425 milyon dollar ilə Türk Telekom verib.
BTK və Hərrac Komissiyasının sədri Ömer Abdullah Karagözoğlu açılış mərasimində çıxış edərək tarixi bir ana şahidlik edildiyini bildirib.
Karagözoğlu bildirib ki, bu hərracla Türkiyə 5G dövrünə qədəm qoyur və bunun yalnız texnoloji keçid deyil, eyni zamanda ölkə üçün strateji bir dönüş nöqtəsi olduğunu vurğulayıb.
O qeyd edib ki, 5G ilə yeni bir dövr başlayacaq. Elektron rabitə sektoru, maqinalar arası kommunikasiya, süni intellekt, artırılmış reallıq, avtonom sistemlər və robot texnologiyaları üçün əsas infrastruktur olacaq.
TRT Haber
Səadət Əlizadə
